FİLM ÇƏKMƏK İSTYİRSƏN AMMA NECƏ BAŞLAYACAĞINI BİLMİRSƏN?

HƏR HANSI BİR FİLM ÇƏKMİSƏN AMMA PROFESSİONAL OLMADIĞINDAN NARAHATSAN?

ELƏ İSƏ AZƏRBAYCAN GƏNCLƏRİNİN FİLM FESTİVALI ÖZ FİLMİNİ ÇƏKMƏK, DÜNYAGÖRÜŞÜNÜ BAŞQALARI İLƏ PAYLAŞMAQ VƏ AZƏRBAYCANDAN OLAN DİGƏR FİLM ÇƏKƏN İNSANLARLA GÖRÜŞMƏK ÜÇÜN ƏLA FÜRSƏTDİR.

2012-ci ildə Zaqatala, Azərbaycanda əsası qoyulan Azərbaycan Gənclərinin Film Festivalı məqsədi yenicə film çəkməyə başlamış gənclərə dəstək olmaqdır. Hər yay biz Bakı və digər regionlarda 25 yaşdan aşagı gənclərlə işləyərək kinomatoqrafiyanın əsas prinsipləri və montaj işini öyrətmək üçün film teyningləri keçiririk.

Hər il Sentyabrın əvvəlləri biz ölkənin əsas kinoteatrlarından birində film festivalı günü təşkil edərək treynerlərimizin hazırladığı və bizə onlayn şəkildə təqdim edilən həvəskar filmləri festivalda nümayiş etdiririk.

1ci yer: Laptop
2ci yer: Tablet
3cü yer: Professional qulaqcıqlar

Parlayan ulduz nominasiyası (15 yaşdan aşağı ən yüksək qiymətləndirmə almış bir direktorun filmi üçün) -İphone camera linzası ilə mükafatlandırılacaq.

Filminizi birbaşa olaraq FilmFreeway saytına yükləyin, bu bizə imkan verəcək ki sizin filmi asanlıqla iri ekranda göstərə bilək.

Festivalda 25 yaşadək gənclər iştirak edə bilər

Aktyorlar 25 yaşdan yuxarı ola bilər, LAKİN, direktor, quruluşçu rejissor və digər komanda üzvləri 25 yaşdan aşağı olmalıdırlar

Bir iştirakçı sadəcə bir film göndərə bilər

Filmlər 8 dəqiqədən qısa olmalıdır

Filmlər 1 Yanvar, 2015 tarixindən sonra çəkilmiş filmlər olmalıdır

Filmlər saniyədə 24 çərçivə ilə çəkilmiş olmalıdır, əks təqdirdə daha yüksək çərçivə sayı olan (məsələn 50 və s.) filmlərin nümayiş etdirilməsi mümkün olmayacaq

Filmin sonuna AYFF loqosu əlavə olunmalıdır

Overall Rating
Quality
Value
Communication
Hospitality
Networking
  • everything was good, i ll send my new film to this festival again

    May 2018
  • Kamran Meydanali

    that was great. i love it

    November 2017
  • MaSer Hesenov

    ən laiqlililər qalib oldu. Ugurlar sizə

    October 2017
  • Samir Huseynov

    Thanks for everything. It was great film festival

    October 2017
  • Əvvəlcədən tapşırılmış qalib olmağa layiq olmayan filmlər qalib olduğu üçün bir də iştirak etmiyəcəm

    October 2017